Türkiyə ilə Azərbaycan gömrük sahəsində birgə komitə yaradır
24.05.2017 612 0.0 0

Türkiyə Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi birgə komitə yaradır.
 
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən qurumlar tərəfindən gömrük sahəsində fəaliyyət göstərəcək birgə komitənin yaradılmasına dair imzalanan memorandumu təsdiqləyib.
 
Prezidentin mətbuat xidməti bildirir ki, sənəd imzalandıqdan sonra Nazirlər Kabinetinə göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar