Türkiyə hərbi blok yaradır
26.03.2015 700 0.0 0

"Ankaranın hədəfi hərbi texnikanın idxalı deyil. Əsas hədəf hərbi texnikanın öz ərazimizdə istehsalı üçün xarici ölkələrlə əməkdaşlığı genişləndirmək, hərbi birlik yaratmaqdır."

Məlumata görə, bu barədə Türkiyə müdafiə nazirinin müavini İsmayıl Dəmir bildirib.

O, italiyalı həmkarı Djoakkino Alfano ilə görüşdə deyib ki, bizə məhsul satmaq üçün ümidlə gəlməyin. Amma əgər siz Türkiyə ərazisində hərbi texnikanın istehsalı üçün əməkdaşlıq təklif edirsinizsə, biz bunu müzakirə edə bilərik.

İ.Dəmir T-129 döyüş türk vertolyotunun hazırlanması, hərbi təyyarələrin və gəmilərin istehsalı üzrə perspektivli türk-italyan layihələri haqqında iki ölkə arasındakı mövcud əməkdaşlığı yada salıb.

D.Alfano isə vurğulayıb ki, biz sadəcə öz məhsulumuzu satmaq üçün yox, həm də Türkiyəyə yeni texnologiyalar və investisiya gətirmək istəyərdik. Silah idxalı sahəsində İtaliya Türkiyə üçün başqa tərəfdaşlardan daha əlverişlidir.

O, İtaliyanın "Eurosam" konsernin Türkiyənin elan etdiyi raket əleyhinə müdafiə (RƏM) sistemi üçün uzaq məsafəli zenit-raket komplekslərinin alınması ilə bağlı tenderdə iştirakını xatırladıb və ölkəsinin yeni texnologiyaları Türkiyəyə verilməsinə hazır olduğunu söyləyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar