Türkiyə hərbçilərinə hücum olub- 3 hərbçi şəhid olub, 10-u yaralanıb
24.11.2016 714 0.0 0

“Fırat Kalkanı” (“Fərat qalxanı” ) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

"CNNTürk"ə istinadən xəbər verilir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.

Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib. 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əl-Babda türk hərbçilərinə edilən hücumla bağlı açıqlama yayıb. Baş Qərargahdan bildirilib ki, Suriyadakı Bəşşar Əsəd rejiminə bağlı silahlılar Türkiyə hərbiçilərinə hücum edib.

“Suriyada rejim güclərinin hava hücumu nəticəsində 3 qəhrəman əsgərimiz şəhid olub, birinin vəziyyəti ağır olmaqla 10 hərbçimiz yaralanıb”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar