Türkiyədə yayıma qadağa qoyuldu
31.03.2015 772 0.0 0

Türkiyənin baş nazirliyi prokurorun girov götürülməsi ilə bağlı yayıma qadağa qoyub.

Məlumata görə, buna səbəb Radio Televiziya Ali Şurasının (RTÜK) qanunun "Fövqəladə hallarda yayımlar" başlıqlı 7-ci maddəsində edilən xəbərdarlıqdır. Belə ki, qanun layihəsində bildirilir ki, ictimai asayişin pozulma ehtimalı olan hallarda yayım dayandırıla bilər.

Qeyd edək ki, bu gün saat 12.36 radələrində İstanbulun Çağlayan ədliyyə binasında DHKP-C terror təşkilatının 2 üzvü Berkin Elvan cinayəti üzrə istintaqı aparan prokuror Mehmet Səlim Kirazı binanın 6-cı mərtəbəsindəki otağında girov götürüb.

Terror təşkilatı üzvləri bir anda otağa girərək prokuror M.S.Kiraza silah çəkiblər. Onun başına silah dirənmiş fotoları yayılıb. Təşkilat tələbləri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini bildirib. Saat 13.30-da təhlükəsizlik qüvvələri qapını məcbur açan zaman terrorçular 2 atəş açıblar. Buna görə geri çəkilən polis onları razı salmaq üçün səy göstərir.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar