Türkiyədə Terror-27 nəfəri belə partlatdılar (VİDEO, FOTO)
20.07.2015 662 0.0 0

Türkiyənin   videosu yayılıb.  Türkiyə mətbuatına istinadla verilən məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb. 
100-ə yaxın insan yaralanıb. 

Partlayış anının videogörüntüləri yayılıb. Görüntülərdən də aydın görünür ki, bir qrup gənc əllərində plakatlar açaraq şüarlar səsləndirilər. Bu an kütlənin ortasında güclü partlayış baş verir. 

Artıq Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: 

"Şanlıurfanın Suruç rayonunda bu gün saat 12 radələrində (Bakı vaxtı ilə 14) terror hücumu baş verib. İlkin məlumata görə, 27 vətəndaşımız ölüb. İnsan təlafatının artacağından narahatıq. Bölgədəki xəstəxanalara 100-ə yaxın yaralı çatdırılıb. 

Ölkəmizin birlik və bütünlüyünü hədəf alan bu terror hücumu qarşısında hər kəsi birləşməyə çağırırıq". 

 

 

 

Bu arada ola biləcək ikinci terror aktı ilə bağlı əhaliyə xəbərdarlıq edilib və onlara partlayış baş verən çay bağçasından uzaq dayanmaq tapşırılıb. "Reuters"ə açıqlama verən türk rəsmilər terror aktını İŞİD-ın həyata keçirdiyini açıqlayıblar. 

İlkin ehtimallara görə, kamikadze 18 yaşlı bir qız olub. O, gənclərin arasına girərək burada özünü partladıb./anspress/

 

Hadisə baş verən ərazi Suriya ilə sərhəddin bir neçə km-dədir. 

 

 

 

Ölü sayının artacağı gözlənilir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar