Türkiyədə telefon dinlənilməsinə görə keçmiş polis rəisi və 9 zabit həbs olundu
16.05.2015 565 0.0 0
Ankara məhkəməsi Diyarbəkir şəhər polis idarəsinin keçmiş rəisi Rəcəb Güvən və 9 polis zabiti barəsində həbs qətimkan tədbiri seçib.

 

“Hurriyet” qəzetinə istinadən verilən xəbərə görə, həbs olunan polis zabitləri siyasətçilər, prezident müşavirləri və jurnalistlərin telefon danışıqlarının dinlənilməsində ittiham olunurlar. Məlumata görə,  Rəcəb Güvən günahsız olduğunu bildirərək  ona qarşı irəli sürülən ittihamları rədd edib.

 

Bundan əvvəl analoji ittiham üzrə 17 nəfər həbs olunub. /apa/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar