Türkiyədə təhdid edilən polis öldürüldü (FOTO, VİDEO)
24.08.2015 619 0.0 0

 

PKK tərəfindən təhdid edilən polis silahlı hücum nəticəsində öldürülüb. 

Məlumata görə, hadisə Türkiyənin Mardin şəhərinin Nusaybin qəsəbəsində baş verib.

Həftə sonu istirahətini ailəsi ilə keçirmək üçün evlərinə gələn 20 yaşlı polis işçısı Yaqub Mete naməlum şəxslərin hücumuna məruz qalıb. 

Hadisə onun evinin qarşısında baş verib. Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Silah səslərini eşidib, çölə çıxan qonşular, polisin yerdə yaralı olduğunu görüb dərhal onu xəsdəxanaya çatdırıblar. 

Yaqub Mete əvvəlcə qəsəbə xəstəxanasına yerləşdirilsə də vəziyyətı ağır olduğundan Mardin dövət xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, polis aldığı güllə yaralarından dünyasını dəyişib. 

 

Şəhid polis xəstəxanaya çatdırlarkən

 

Mete Mardin Polis İdarəsində Çevik Polis Alayında xidmət edirdi. Hadisədən bir neçə gün əvvəl Yaqub Mete PKK terror qruplaşmasının üzvüləri tərəfindən təhdid edilib. İndi polis Metenın terrorçular tərəfindən öldürməsi şüphəsi ilə irimiqyaslı əməliyyatlara başlayıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar