Türkiyədə qanunsuz miqrantları daşıyan iki qayıq batıb, çoxlu insan itkisi var
08.02.2016 393 0.0 0

Türkiyədə qanunsuz miqrantları daşıyan daha iki qayıq batıb, 35 nəfər ölüb.

 

DHA-ya istinadən verilən xəbərə görə, qayıqlar Egey dənizinin İzmir və Balıkəsir vilayətlərində sahildən bir qədər aralıda batıb. Batan qayıqların birində 24, digərində 11 nəfər dənizdə boğulub. Ölənlərin əksəriyyətinin uşaq olduğu bildirilir. Onların meyitləri sudan çıxarılıb. Qayıqlarda olan 4 miqrant xilas edilib.

 

Miqrantların Yunanıstanın Midilli adasına keçmək istədikləri deyilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar