Türkiyədə polis idarəsinin binasına terror hücumu
08.06.2016 662 0.0 0

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu olub. Məlumata görə hadisə zamanı 2 polis əməkdaşı həlak olub.

 

DHA agentliyinə istinadən verilən məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  

 

Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.

 

Hələlik hadisə barədə rəsmi açıqlama verilməyib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar