Türkiyədə koalisiya hökuməti qurulacaqmı? (VİDEO)
14.07.2015 613 0.0 0

Türkiyədə Ədalət və İnkişaf Partiyasının 13 illik təkbaşına hakimyyətindən sonra koalisiya hökuməti qura biləcəkmi? Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu gün ilk danışıqlara başladı. Türkiyənin Baş naziri Kılıcdaroğlunun görüşünə gedərkən ona smit və şokalad da pay aparıb. O, bunu Ramazan bayramı ilə əlaqələndirib. 

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyədə keçirilən parlament seçkilərində ən çox səs toplayan və ötən həftə prezident Rəcəb Tayyib Ərdoğandan hökuməti formalaşdırmaq tapşırığı alan Ədalət və İnkişaf Partiyasının sədri, Baş nazir Əhməd Davudoğlu artıq partiya sədrlərilə görüşə başladı. 

Baş nazir ilk görüşünü seçkilərdə ikinci olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə keçirdi. 

AKP və CHP sədrləri yeni koalisiya hökumətinin qurulması ilə bağlı şərtlərin müzakirə olunduğu görüşlə bağlı açıqlama verdi.

Əhməd Davudoglu sabah MHP lideri Dövlət Bahcalı, iyulun 15-də isə Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirtaşla görüşəcək. Hər üç partiyanın AKP qarşısında müxtəlif şərtləri var. 

Hakim partiyanın gələcək koalisiya ortaqları üçün qoyduğu əsas şərtlərdən biri isə prezident Rəcəb Tayyib Ərdoğanın idarəetmə sisteminin müzakirə belə olunmayacağıdı. Bu səbəbdən də digər partiyaların AKP ilə koalisiyaya getməyəcəkləri açıq-aydın sezilir. 

Amma bəzi siyasi şərhçilər Davudoğlunun koalisiya hökumətini formalaşdıracağına inanır. AKP – MHP ilə razılaşacağına isə daha çox ümid var.

“Hazırda Türkiyədə mövcud siyasi durumu və Türkiyənin dünyada apardığı diplamatiya ondan xəbər verir ki, onları doğru yoldadırlar. Yəni daxildən MHP ilə qurula biləcək bir koalisiya bu günə qədər mövcud olan siyasətin daha müstəqil bir şəkildə davamına imkan yarana bilər”, – deyə siyasi şərhçi İrfan Ciftçi bildirib.

Türkiyədə 63-cü hökumətin qurulması üçün Konstitusiyada 45 gun vaxt nəzərdə tutulub. Bu zaman ərzində yeni hökumət formalaşdırılmasa, ölkədə təkrar seçkilər keçiriləcək./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar