Türkiyədə iki günə 19 hərbçi şəhid olub
03.09.2016 468 0.0 0

Türkiyədə antiterror əməliyyatları davam edir.

 

Türkiyənin "Vatan" qəzetinə istinadən verilən məlumata görə, bu gün Hakkari rayonunun Şemdinli qəsəbəsində yol təhlükəsizliyini qoruyan əsgərlərlə PKK terrorçuları arasında baş verən atışmada 5 əsgər şəhid olub, 6 əsgər yaralanıb.

 

Terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat aparılır.

 

Qeyd edək ki, dünən və bu gün ümumilikdə Hakkari, Van və Mardində 19 hərbçi şəhid olub./apa/


Digər xəbərlər:
Şərhlər
avatar