Türkiyədə daha bir terror: şəhidlər var
26.05.2016 507 0.0 0


Türkiyənin Mardin vilayətinin Midyat rayonunda baş vermiş növbəti terror aktında ölən və yaralananlar olub. Məlumata görə, polis bölməsinə hücum nəticəsində 3 nəfər şəhid olub , daha 2 nəfər yaralanıb.

Midyat polis bölməsinə terrorçular tərəfindən bombalı avtomobillə hücum olub.

Əldə edilən məlumata görə, Dargeçit Anıtlı Jandarma Karakuluna PKK-çılar tərəfindən bombalı avtomobillə hücum təşkil edilib. Bölgədə təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat başlanıb.


Dünən Türkiyənin Van vilayətinin Çaldıran qəsəbəsində terror aktı törədilib. Hərbi maşınlar əraziyə gələrkən PKK-çılar yola yerləşdirdikləri partlayıcını işə salıb. Bunun ardınca zirehli maşınlar qumbaraatanlardan atəşə tutulub. PKK terrorçularının törətdiyi partlayış nəticəsində Türkiyənin 6 hərbçisi şəhid olub, daha 4 əsgər isə yaralanıb. Türk ordusu bölgədə hava dəstəkli genişmiqyaslı əməliyyata başlayıb.

 

Mayın 13-də Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkr vilayətində partlayış baş verib. Sur rayonunun Sarıkamış məhəlləsində bir evdə partlayış olub. Partlayışın PKK-çıların yük maşınına partlayıcı yükləyərkən baş verdiyi iddia olunur.

Partlayışın şiddəti şəhərin bir çox yerində hiss olunub. “Reuters” agentliyinin təhlükəsizlik orqanları və Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, partlayıcını hazırlayan 4 terrorçu ölüb, daha 15 nəfər isə yaralanıb. Hadisə yerinə təcili yardım briqadaları və polis cəlb olunub.

 
Bundan əvvəl İstanbulun Sancaqtəpə rayonunda partlayış baş verib. Hərbi kazarmanın yaxınlığında bomba quraşdırılmış avtomobil partladılıb. Hadisə nəticəsində 1-i qadın olmaqla 4 nəfər yaralanıb ki, onların arasında hərbçi yoxdur. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Lakin Sancaqtəpə bələdiyyə başçısı İsmail Ərdəm isə 6-sı əsgər olmaqla 7 nəfərin yaralandığını bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar