Türkiyədə dəyəri 70 milyon dollar olan radioaktiv maddə müsadirə edilib
19.03.2018 879 0.0 0

Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.

 

NTV televiziyasına istinadən xəbər verilir ki, kalifornium (Cf) radioaktiv kimyəvi elementdir. 

Bu maddə ilk dəfə 1950-ci ilə ABŞ-da Kaliforniya Universitetirində əldə edildiyi üçün bu ali təhsil ocağının şərəfinə “kalifornium” adlandırılıb. Həmin maddədən nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur. Onun bir qramı 4 milyon dollardır.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar