Türkiyədə CHP sədrinin müavinini yaralayan şəxs saxlanılıb
30.10.2016 409 0.0 0

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcanı atəş açaraq yaralayan şəxs saxlanılıb.

 

NTV telekanalına istinadən verilən xəbərə görə, hücum edən şəxs Kuşadasında saxlanılıb.  Saxlanılan Alparslan Sarqının Türkiyə vətəndaşı olduğu bildirilir. Onun əməlinin motivləri aydınlaşdırılır.

 

Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

 

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar