Türkiyədə bu pişiyə heykəl qoyulur – FOTO
21.09.2016 608 0.0 0

Türkiyədə “Tombili” adı ilə məşhur olan və avqust 1-də ölən pişiyin heykəli hazırlanıb.

 

Məlumata görə, sözügedən pişiyin heykəlinin hazırlanması ilə əlaqədar Türkiyədə imzatoplama kampaniyası başladılıb.

 

Kampaniya zamanı 10 min 121 imza toplanaraq Kadıköy bələdiyyəsinə təqdim edilib. Daha sonra bələdiyyə sözügedən “Tombili” adlı pişiyin heykəlinin hazırlanmasına və bələdiyyə ərazisində yerləşdirilməsinə icazə verib.

 

Artıq sözügedən pişiyin heykəli də hazırdır. Heykəli Seval Şahin adlı heykəltaraş hazırlayıb. Bu ayın sonuna qədər heykəl üçün bələdiyyə ərazisində abidə də açılacaq.

 

Xatırladaq ki, sözügedən pişik Türkiyənin sosial şəbəkələrində “Tombili” adı ilə məşhurlaşıb. Türkiyəli sosial şəbəkə istifadəçiləri, daha çox gənclər həmin pişiyin müxtəlif pozalarda fotolarını paylaşaraq, onu məşhur ediblər./publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar