Türkiyədə 22 PKK terrorçusu öldürülüb
16.05.2016 520 0.0 0

Türkiyənin Mardin, Şırnak və Hakkari şəhərlərində son bir neçə gündə keçirilən hərbi əməliyyatlarda 22 PKK terrorçusu öldürülüb.
 
Məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Mardinin Nusaybin qəsəbəsində 1, Şırnakda 5, Hakkaridə isə 16 terrorçu məhv edilib.
Bəyanatda o da qeyd olunub ki, Qaziantəp şəhərində qeyri-qanuni yollarla Türkiyəyə keçən İŞİD terror təşkilatının üzvü saxlanılıb. Siirt şəhərində isə PKK terrorçularına məxsus xeyli sayda partlayıcı qurğu və digər ləvazimatlar ələ keçirilib.
Eyni zamanda, terrorçulara qarşı keçirilmiş hərbi əməliyyatlar vaxtı Mardinin Nusaybin qəsəbəsində bir hərbçi şəhid olub. Digər tərəfdən mayın 10-da Ərzurumda hərbi xidmətini yerinə yetirərkən 400 metr yüksəklikdən yıxılan hərbçi bu gün xəstəxanada ölüb. 
“Milliyet” qəzetində yer alan xəbərə görə isə TSQ Suriyada İŞİD terror təşkilatının mövqelərini ağır artilleriyadan  atəşə tutmaqda davam edir. Məlumatda bildirilir ki, ötən cümə günündən indiyədək 100-ə yaxın İŞİD terrorçusu məhv edilib. 
 Türkiyənin Mardin, Şırnak və Hakkari şəhərlərində son bir neçə gündə keçirilən hərbi əməliyyatlarda 22 PKK terrorçusu öldürülüb.
 
Məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Mardinin Nusaybin qəsəbəsində 1, Şırnakda 5, Hakkaridə isə 16 terrorçu məhv edilib.
Bəyanatda o da qeyd olunub ki, Qaziantəp şəhərində qeyri-qanuni yollarla Türkiyəyə keçən İŞİD terror təşkilatının üzvü saxlanılıb. Siirt şəhərində isə PKK terrorçularına məxsus xeyli sayda partlayıcı qurğu və digər ləvazimatlar ələ keçirilib.
Eyni zamanda, terrorçulara qarşı keçirilmiş hərbi əməliyyatlar vaxtı Mardinin Nusaybin qəsəbəsində bir hərbçi şəhid olub. Digər tərəfdən mayın 10-da Ərzurumda hərbi xidmətini yerinə yetirərkən 400 metr yüksəklikdən yıxılan hərbçi bu gün xəstəxanada ölüb. 
“Milliyet” qəzetində yer alan xəbərə görə isə TSQ Suriyada İŞİD terror təşkilatının mövqelərini ağır artilleriyadan  atəşə tutmaqda davam edir. Məlumatda bildirilir ki, ötən cümə günündən indiyədək 100-ə yaxın İŞİD terrorçusu məhv edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar