Türkiyə bayrağı Eyfeli bəzədi
13.06.2016 713 0.0 0

Fransanın simvolu sayılan Paris şəhərindəki Eyfel qülləsi al-qırmızı rəngə boyandı. Məşhur tikili 15 dəqiqə ərzində Türkiyə bayrağının rəngləriylə işıqlandırılıb.

Yerli mətbuata istinadən verilən məlumatına görə, "Avro-2016"da ilk oyununa çıxan Türkiyə yığmasına Twitter şəbəkəsindəki istifadəçilər tərəfindən dəstək heşteqi yaradılıb. #TUR heşteqi ilə ümumi səsvermədə hamıdan çox səs toplayıb.  Bundan sonra 15 dəqiqə Eyfel qülləsi Türkiyə bayrağına bürünüb.

 

 


Fransanın "Avro-2016" çərçivəsində başlatdığı aksiyaya görə, hər gün sonuncu matçdan 10 dəqiqə sonra ən çox heşteq toplamış ölkəyə məxsus bayrağın rəngləri Eyfel qülləsində əks edilir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar