Türkiyə alman millət vəkillərini `İncirlik` hərbi bazasına buraxmayıb
15.05.2017 729 0.0 0

Türkiyə almaniyalı millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb.

 

“haberturk.com”a istinadən verilən məlumata görə, Türkiyə hakimiyyət orqanları səfər üçün “müvafiq şərtlərin” olmadığını əsas gətirib.

 

Xatırladaq ki, bundan əvvəl Almaniya "İncirlik"dən havaya qalxan təyyarələri vasitəsilə Suriya və Şimali İraqda topladığı kəşfiyyat məlumatlarını Türkiyə ilə bölüşmək istəmədiyi üçün tərəflər arasında gərginlik yaranıb. 2016-cı il iyunun 2-də Almaniya parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdikdən sonra isə Türkiyə hökuməti almaniyalı millət vəkillərini "İncirlik"dəki alman əsgərlərini  ziyarət etməsinə icazə verməyib. Hazırda hərbi bazada təxminən 250 almaniyalı hərbçi xidmət edir. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar