TÜRKİYƏ RƏSMİSİ SARKİSYANIN CAVABINI VERDİ
02.02.2015 1078 0.0 0

"Onun hörmətli prezidentimizin Ermənistana olan dəvəti barədə danışarkən diplomatik etiketin sərhədlərini keçməsi qəbuledilməzdir. Sarkisyanın bir dövlət adamının ağzına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarırıq".

"Türkiyə tək tərəfli baxışa, tarixin istismarçı siyasətlə manipulyasiya edilməsinə yönəlmiş bütün cəhdlərə qarşı olacaq".
 

Məlumata görə, bunu Türkiyə prezidentliyin sözçüsü İbrahim Qalın Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəni və türkləri hədəf alan sözlərinə cavab verərkən deyib.
 
O qeyd edib ki, Ermənistan rəhbərliyi 2015-ci ili Türkiyəyə və türklərə qarşı beynəlxalq kampaniya aparmağa həsr etmək niyyətindədir: "Buna görə də təhqir və nifrət dolu, diplomatik etiketin sərhədlərini aşan ifadələr işlədirlər. Son olaraq Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 29-da İrəvanda Çanaqqala savaşını anma törənlərinə ölkəsinin dəvət edilməsinə münasibət bildirərkən bütün sərhədləri keçib. Onun hörmətli prezidentimizin Ermənistana olan dəvəti barədə danışarkən diplomatik etiketin sərhədlərini keçməsi qəbuledilməzdir. Sarkisyanın bir dövlət adamının ağzına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarırıq ".
 
 
Sözçü qeyd edib ki, Türkiyə hər zaman Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atsa da, bunlar qarşılıqsız qalıb: "Ermənistan hakimiyyəti 1915-ci il hadisələrinin siyasi manipulyasiyadan uzaq, tarixi baxımdan araşdırılması, həmçinin Dağlıq Qarabağın işğalına son verərək Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması, bölgədə sülh və sabitlik təsis edilməsi ilə bağlı təklifləri rədd edir. Bu rəftar is hər kəsdən və hər şeydən öncə Ermənistana və ermənilərə zərər verir ".
 
İ. Qalın Çanaqqala zəfərinin 100 illiyinin dövlət səviyyəsində, bir çox ölkənin dövlət və hökumət başçısının iştirakı ilə qeyd ediləcəyini də xüsusi vurğulayıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar