Türk ordusu Suriyanı vurdu
07.03.2015 765 0.0 0

Türkiyə Ordusunun tankları Suriya torpaqlarını atəşə tutub.

Məlumata görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Bildirilir ki, Suriyanın Cerablus bölgəsində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Qaziantep Quru Qüvvələri 1-ci Hudut Komandanlığının nəzarəti altında olan ərazinin yaxınlığıa raket mərmisi düşüb.

Türkiyə Silahlı Qüvvələri dərhal hərkətə keçiblər. Sərhədə yerləşdirilmiş tanklarla mərminin atıldığı ərazi atəşə tutulub.

Türkiyə ərazisinə mərmi düşərkən heç kim xəsarət almayıb, ölən olmayıb.

Qeyd edək ki, Suriya ərazisində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Türkiyə ərazisinə tez-tez top mərmiləri düşür. Türkiyə Ordusu isə bunun qarşılığını misli ilə verir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar