«Türk Axını» vasitəsilə qaz təchizatının təmin olunma vaxtı açıqlanıb
07.05.2015 565 0.0 0
Rusiya və Türkiyə arasında 2016-cı ilin dekabr ayından “Türk axını” boru kəmərinin istismara verilməsi və kəmər vasitəsilə qaz təchizatına dair razılıq əldə olunub.

 

Xəbərə görə, bu barədə RİA “Novosti” “Qazprom”un informasiya xidmətinə istinadən məlumat verir.

 

Müvafiq razılıq “Qazprom”un rəhbəri Aleksey Millerlə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızla bu gün baş tutan görüşü zamanı əldə olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar