Turizmlə bağlı qanunvericilikdə yeni anlayışlar təsbit olunur
05.11.2016 678 0.0 0

Azərbaycanda turizmlə bağlı qanunvericilikdə yeni anlayışlar təsbit olunur.

 

Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanmış “Turizm haqqında” qanunun 2-ci maddəsində əksini tapıb. Bu anlayışlar “gəlmə turizmi”, “getmə turizmi”, “beynəlxalq turizm”, “çimərlik turizmi”, “işgüzar turizm”, “sosial turizm”, “mədən turizmi” və “kənd-yaşıl turizmi”dir.

 

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar