Turist qorxu filminə baxarkən ölüb - VİDEO
05.07.2019 90 0.0 0

Britaniyalı turist Tailandda kinoteatrda qorxu filminə baxarkən ölüb.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir. 

Məlumata görə, hadisə Pattayedə baş verib. Qeyd edilir ki, 77 yaşlı Bernard Çenninq yeni "Lənətlənmiş Annabel 3" filmini izləyirmiş. Filmin nümayişi başa çatdıqda kinoteatrın zalının işığı yandırılıb. Məlum olub ki, britaniyalı turist ölüb. 

Kinoteatrın işçiləri təcili yardımı çağırıblar. Kinoteatra gələn həkimlər turistin ölümünü təsdiqləyiblər. 

Yerli sakin Montira Phenqrat bildirib ki, kinozaldakılar şoka düşüblər və pis olublar. Filmin seyrçilərinin çoxu meyitlə bir yerdə əyləşmələrindən qorxublar. 

Polis hələlik Bernardın ölümünün səbəbini açıqlamayıb. Hadisənin əsl səbəbi araşdırmadan sonra məlum olacaq. 

 


Digər xəbərlər:
Şərhlər
avatar