«TURAZ Şahini – 2016» təlimlərində şərti terrorçular və onların ərazilər məhv edilib
16.03.2016 467 0.0 0

"TURAZ Şahini – 2016" təlimlərində şərti terrorçuların yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir. 
Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar