Tuneldə qəza baş verdi (VİDEO)
07.10.2015 567 0.0 0

Ötən gecə Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. 

ANS TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Müəyyən edilib ki, sözügedən küçə ilə hərəkət edən “Nissan” markalı avtomobilin sürücüsü Anar Mirzəməmmədovun sükan üzərində nəzarəti itirməsinə səbəb qəfil qarşısına çıxan maneə olub. 

O, idarəetməni itirdiyindən avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, Şərifzadə küçəsindəki işıq dirəklərindən biri yararsız vəziyyətə düşüb. Hadisə yerinə Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin müfəttişləri cəlb olunub.

YPX müfəttişi Azər Musayev bildirib ki, hadisə nəticəsində xəsarət alan yoxdur və fakt araşdırılır.

Ön hissəsi yarasız vəziyyətə düşən avtomobil sonradan cərimə meydançasına aparılıb.

Başqa bir qəza isə Bakının Nərimanov rayonunda qeydə alınıb. Qəzaya səbəb avtomobilin sürücüsünün idarəetməni itirməsi ilə bağlıdır. Atatürk prospekti ilə hərəkət edən “Toyota” markalı minik maşını yolötürücü tunellə Fətəlixan Xoyski küçəsinə doğru manevr edərkən nəzarətdən çıxıb və avtomobil tunelin divarına çırpılıb. Bu qəzada sürücü yüngül zədələnib. Avtomobilin özünə də ziyan dəyib. 

YPX müfəttişlərinin araşdırmalarına görə, avtoqəzaya həmin yola uyğun olmayan yüksək sürət şərait yaradıb. Təfərrüatlar dəqiqləşdirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar