Trampla Klintonun ilk debatı baş tutdu - Qalib bəllidir + Video
27.09.2016 797 0.0 0

ABŞ-da prezidentliyə namizədlər Donald Trampla Hillari Klinton arasında ilk teledebat baş tutub.

 

Qazeta.info “Qafqazinfo” -nun məlumatınaəsasən xəbər verir ki, CNN telekanalının tamaşaçıları ilk debatda qələbəni Demokratlar partiyasından namizəd olan Klintona veriblər.

Belə ki, debatdan dərhal sonra keçirilən sorğuda respondentlərin 62 faizi Klintonu, 27 faizi isə Trampı qalib olaraq görüb.

Onların fikrincə, Klinton öz fikirlərini daha dəqiq ifadə edib və baş verənlərlə bağlı daha dərin biliklərə sahibdir.

Qeyd edək ki, Tramp-Klinton debatı Amerika tarixininin ən reytinqli siyasi şousu olub. Onun tamaşaçılarının sayı təxminən 100 milyon olub. Belə ki, bu qədər insan ancaq Amerika futbolunun final kubokunu izləmək üçün ekran başına toplaşır. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar