Trampın Konqresdəki nitqi `Oskar`ı geridə qoyub
02.03.2017 936 0.0 0

ABŞ prezidenti Donald Trampın Konqresdəki nitqi “Oskar” mükafatının təqdim edilməsi mərasimini reytinqdə qabaqlayıb.

Məlumata görə, bu barədə “Nielsen” reytinq şirkətinin məlumatında bildirilir.

Ötən gün Donald Trampın Konqresə müraciətinə təxminən 43 milyon, fevralın 26-da keçirilən "Oskar” mükafatlarının təqdimat mərasiminə isə 32,9 milyon tamaşaçı izləyib.

Qeyd olunur ki, bir çox digər çıxışlarından fərqli olaraq, Trampın Konqresdəki nitqi ictimai rəy və mətbuat tərəfindən müsbət qarşılanıb. 

“Oskar”  Amerika və dünya kinematoqrafiyasının ən nüfuzlu mükafatı sayılır./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar