Trampdan Şimali Koreyanın nüvə planı haqda açıqlama
03.01.2017 1069 0.0 0

ABŞ-nın yeni seçilmiş prezidenti  Donlad  Tramp Koreya Xalq  Demokratik Respublikasının (KXDR) qitələralarası nüvə raketi yarada  bilməyəcəyini deyib.

 

“TASS”-a  istinadən verilən  xəbərə görə, bu barədə Tramp özünün  twitter səhifəsində yazıb.

 

“KXDR bəyan edib ki, ABŞ-a çata biləcək nüvə silahının istehsalının sonuncu  mərhələsindədir. Bu, baş verməyəcək”.

 

KXDR lideri Kim Çen In xalqına  ünvanlandığı Yeni il müraciətində bildirib ki, ABŞ ölkəsinə qarşı təcavüzkar siyasətə son qoymayanadək hərbi potensialını gücləndirəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar