Tramp və Səudiyyənin vəliəhdi əl-Bağdadinin zərərsizləşdirilməsini müzakirə ediblər
29.10.2019 414 0.0 0

ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Əbdüləziz əl Səud arasında telefon danışığı olub.

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti, eləcə də Amerika hərbçiləri tərəfindən keçirilmiş xüsusi əməliyyatla İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsini müzakirə ediblər. 

Qeyd edilir ki, vəliəhd İŞİD-in yaradıcısı və rəhbəri Əbu Bəkr əl-Bağdadi üzərindəki ədalət "məhkəməsi" missiyasının uğurla başa çatması münasibətilə ABŞ prezidenti Trampı təbrik edib.

Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatların davam edən möhkəm tərəfdaşlığına görə vəliəhdə minnətdarlığını bildirib. "Liderlər həmçinin vacib regional və ikitərəfli məsələləri müzakirə ediblər", - deyə mətbuat xidmətinin məlumatında vurğulanır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar