Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019 478 0.0 0

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

"TASS"a istinadən verilən məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: "Əgər Türkiyə özünü lazım olmayan şəkildə apararsa, düşünmürəm ki, belə ola, amma bizim heç kimin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır <...> Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik".

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar