Tramp: Şimali Koreya ABŞ-ı təhdid etməyə davam edərsə peşman olacaq
12.08.2017 604 0.0 0

Şimali Koreya ABŞ-ı və onun müttəfiqlərini təhdid etməyə davam edərsə peşman olacaq.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı deyib.

"Əgər Kim Çen In daha bir təhdid səsləndirərsə... və ya Quam adası və Amerikanın ərazisində yerləşən istənilən digər yerlərə və ya ABŞ-ın müttəfiqlərinə nəsə edərsə o, çox peşman olacaq", - Tramp deyib.

Bundan əlavə tramp bildirib ki: "Mən ümid edirəm ki, onlar mənim sözlərimin ciddiliyini anlayırlar".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar