Tramp prezident postunda atacağı ilk addımlardan danışıb
22.11.2016 903 0.0 0

Donald Tramp yaydığı videomüraciətdə prezident postunda atacağı ilk addımlardan danışıb.
 
Məlumata görə, ABŞ-ın yeni seçilən prezidenti ilk növbədə ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxma prosedurunu işə salmaq niyyətindədir.
 
O, həmçinin kiber hücumlara qarşı geniş müdafiə tədbirlərinin həyata keçiriləcəyini, enerji resurslarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.
 
Tramp həmçinin ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini və miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem hazırlayacağını bildirib./
apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar