Tramp Klintonu qabaqladı - Seçki
08.11.2016 831 0.0 0

ABŞ Prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Nyu-Hempşir ştatının kiçik kəndi olan Diksvil-Notç kəndində keçirilən səsvermədə qalib gəlib.

 

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, səsvermədə 8 kənd sakini iştirak edib. Seçicilərdən 4-ü Hillari Klintona, 2-si Donald Trampa, 1 nəfər Libertarian Patiyasının namizədi Herri Consona səs verib. 1 nəfər isə bülletenə Mit Romni adını yazıb.

 

***

 

ABŞ-ın Nyu-Hempşir ştatının 3 kəndində - Diksvill-Notç, Harts Lokeyşn və Millsfillddə səsvermə başa çatıb.

 

Səsvermənin nəticələrinə görə, Respublikaçılar Partiyasından namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Hillari Klintonu qabaqlayıb. Tramp 32, Klinton isə 25 səs yığıb. 

 

Qeyd edək ki, ənənəyə uyğun olaraq Diksvil-Notç prezident seçkisi zamanı ABŞ-da açılan ilk seçki məntəqəsi olur. 1960-cı ildən bu yana bu kəndin əhalisinin gecə yarısı səs verməyə izn verilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar