Tramp Cənubi və Şimali Koreya arasında danışıqları təqdir edib
11.01.2018 735 0.0 0

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Şimali Koreya arasında keçirilən danışıqları təqdir edib.

Məlumata görə, bunu D.Tramp Norveçin baş naziri Erna Sulberq ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ prezidenti bildirib: "Bizim Şimali Koreya ilə müəyyən problemlərimiz var, amma indi çox sayda yaxşı danışıqlar keçirilir. Mən yaxşı enerji görürəm. Bu, mənim çox xoşuma gəlir".

Qeyd edək ki, yanvarın 9-u Cənubi və Şimali Koreya arasında nazirlər səviyyəsində görüş keçirilib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar