Tramp: ABŞ `inanılmaz yeni silahlar` hazırlayır
08.10.2019 493 0.0 0

ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər:

"Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".

D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yeniləyir:

"Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqları qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar