Tramp: `Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır`
13.04.2017 1049 0.0 0

Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business”-ə müsahibəsində bildirib.

 

“ABŞ-ın aviadaşıyıcılardan savayı atom sualtı qayıqları da var. Mən Çin Xalq Respublikasının sədri Si Cinpindən xahiş etdim ki, Kim Çen Ina bunu çatdırsın. Şimali Koreya rəhbəri öz hərəkətləri ilə böyük səhvlərə yol verir. Şimali Koreya kimi ölkəyə nüvə silahı əldə etməyə imkan vermək olmaz”, deyə D.Tramp qeyd edib.

 

O, həmçinin vurğulayıb ki, Şimali Koreya barədə öz planlarını açıqlamayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar