Tramp: `ABŞ hücuma məruz qalsa, İrana qeyri-proporsional cavab verə bilər`
06.01.2020 529 0.0 0

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional (uyğun olmayan) cavab verə bilər.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün “Twitter”dəki səhifəsində paylaşıb. 

"Sosial şəbəkələrdəki bu paylaşımlar ABŞ Konqresinə xəbərdarlığa xidmət edəcək ki, əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər. Belə rəsmi xəbərdarlıq nəzərdə tutulmur, amma o, bununla belə edilib", - deyə Tramp yazıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar