TQDK qəbul vaxtı ilə əlaqədar məlumat yayıb
20.05.2015 540 0.0 0

Tam (11- illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) ərizə qəbulunun vaxtı uzadılır
Qazeta.info TQDK-ya istinadla bildirir ki, Tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu 20 may saat 11:00-dan 31 may saat 23:59-a dək davam etdiriləcək.

Aşağıda qeyd olunan kateqoriyadan olan abituriyentlər həmin vaxta kimi elektron ərizə təsdiq edə bilərlər: 

Ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizəsinin təsdiqini təmin etmiş orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlər;
 Azərbaycan Respublikasının orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən abituriyentlər.

May ayının 20-dən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır
Bundan başqa bildirək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin mayın 20-dən iyunun 2-dək qaydiyyatı aparılır. Həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək aşağıda göstərilən ünvanlarda fəaliyyət göstərirlər: 

Bakı şəhəri 
Azərbaycan Memarlıq və İnşaat Universiteti (A. Sultanova küçəsi 11, İdman Korpusu, Bakı Dövlət Universiteti ilə üzbəüz); 

Naxçıvan şəhəri 
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Nizami küçəsi, 10); 

Gəncə şəhəri 
Azərbaycan Texnologiya Universiteti (Şah İsmayıl Xətai prospekti, 103); 

Şəki şəhəri 
TQDK-nın Şəki Regional Bölməsi (M. Ə. Rəsulzadə prospekti, 182. 
Şəki Şəhər Bələdiyyəsinin binası); 

Lənkəran şəhəri 
TQDK-nın Lənkəran Regional Bölməsi (H. Aslanov xiyabanı, 52); 

Xaçmaz şəhəri 
TQDK-nın Xaçmaz Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 7b);

Ağcabədi şəhəri 
M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey (Faiq Əlizadə küçəsi, 1); 

Şirvan şəhəri 
TQDK-nın Şirvan Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 19);

Göyçay şəhəri 
TQDK-nın Göyçay Regional Bölməsi (Rauf İsayev küçəsi, 43). 

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Məlumat üçün bildirək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər. 

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər. 

Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar