TQDK müsabiqə elan edir
30.05.2015 678 0.0 0

TQDK KİV nümayəndələri arasında müsabiqə elan edir
Qazeta.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (
TQDK) istinadla bildirir ki,  TQDK Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir. 

Müsabiqə 2 nominasiya üzrə aparılır: 

1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə. 
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq: 

I yer - 1000 manat 
II yer - 800 manat 
III yer - 600 manat 

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə trəqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır. 

2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı. 
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq: 

I yer - 1000 manat 
II yer - 800 manat 
III yer - 600 manat 

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar