TQDK imtahanla bağlı məlumat yaydı
03.06.2015 715 0.0 0

TQDK iyunun 2-də Bakı şəhərində buraxılış imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)  məlumata görə, iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanıb.

Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, bu gündən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələr yaxın günlərdə elan olunacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar