TQDK imtahan nəticələrini açıqladı
03.07.2015 666 0.0 0

İyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilmiş əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb.

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aprılıb.

Qazeta.info TQDK-ya istinadla bildirir ki, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 16151 abituriyentdən 3868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12283 abituriyentdən 26 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12257 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Bundan başqa qeyd edək ki, iyulun 2-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri də  açıqlanıb.

 

Xatırladaq ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada keçirilib.

İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.

 

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 12942 abituriyentdən 1734 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11208 abituriyentdən 15 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 6984 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələri iyulun 3-də saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Əlavə olaraq Qazeta.info TQDK-ya istinadla qeyd edir ki, ixtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar