Toyda ölüm hadisəsi baş verib
17.08.2017 830 0.0 0

Balakəndə toyda ölüm hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, avqustun 16-da saat 22.00 radələrində rayonun Qabaqçöl qəsəbəsində keçirilən toy məclisində iştirak edən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Mehyəddin Əmirxan oğlu Əfəndiyevin vəziyyəti qəfildən pisləşib.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin əməkdaşları hadisə yerinə çatanadək Mehyəddin Əfəndiyev keçinib. MRX-dan bildirilib ki, Mehyəddin Əfəndiyevin ürək tutmasından öldüyü məlum olub.

 

Mehyəddin Əfəndiyev anadan olduğu Gürcüstanda basdırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar