Toxumluq sahələrin monitorinqi aparılır
02.02.2022 332 0.0 0

Dövlət Toxum Fondu tərəfindən 2021-ci ildə ölkəyə Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı  80 ton “Qrom”, 100 ton“Tanya" və 160 ton"Alekseiç" sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal olunub.

Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən bildirir ki, fermer və təssərüfat sahibləri tərəfindən alınan “Qrom”, “Tanya" və "Alekseiç" buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.

Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir. Belə ki, toxum əkilmiş sahələrə baxış keçirilir, fermer və təssərüfat sahibləri ilə söhbətlər aparılır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyyələr verilir. Hazırda bölgələrdə monitorinq işləri davam etdirilir.

Qeyd edək ki, P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir və sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar