Tonlarla ağırlığı olan qayalar Xınalıq yolunu bağladı
21.05.2016 716 0.0 0

Ötən gün Qusar rayonunda baş verən torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb. Məlumata görə, gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb. 

Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır. 

Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür. 

“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, yolun 37-ci km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar