Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir
15.09.2017 478 0.0 0

ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına, Suriyaböhranının nizamlanacağına və Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyini bəyan edib.

 

Məlumata görə, R. Tillerson hazırda Dövlət Departamentində dəyişikliklər aparıldığını bildirib.

 

"Vəzifədə olduğum dövrdə aşağıdakı əsas məsələləri həll etmək istərdim - Şimali Koreyada sülhü bərpa etmək, Suriyadakı münaqişənin nizamlanmasına nail olmaq,  Liviyadakı münaqişəni həll etmək və Rusiya ilə münasibətləri normallaşdırmaq. Ümid edirəm ki, buna nail olacağıq”, - deyə Tillerson ABŞ-ın Londondakı səfirliyində çıxışı zamanı qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar