Tillerson: `İranla nüvə razılaşması uğursuz olub`
20.04.2017 570 0.0 0

İranın nüvə proqramına dair razılaşma uğursuzluğa düçar olub.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

 

Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

 

R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb.  “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", deyə R.Tillerson vurğulayıb. 

 

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar