Terrorda ölən Dilbərin meyiti Bakıya gətirilib- Foto
05.04.2017 723 0.0 0

Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.

Qazeta.info APA-nın verdiyi məlumata əsasən bildirir ki, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.

 

Mərhumun meyiti yaxınlarına təhvil veriləcək.  

 

Yaxınlarının verdiyi məlumata görə, D. Əliyeva sabah Bakı şəhərində dəfn olunacaq. Yas mərasimi isə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçiriləcək.

 

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar