Terrorçuların bayrağı Qarabağa gətirilib - FOTO
12.10.2016 976 0.0 0

Ermənilər işğal altında saxladıqları Qarabağ əarazisində təxribatlara davam edirlər.

 

Qazeta.info Modern.az -a istinadla xəbər verir ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki  döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

 

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar