Telefonunuzda bu proqram varsa, dərhal silin, yoxsa ... - FOTO
27.01.2017 2241 0.0 0

Sosial şəbəkənin yeni trendi Çindən gəldi. "Meitu" adlı selfi proqramı son zamanlar internet bazarının ən məşhurlarından hesab edilir.

Bəs "Meitu"nun sirri nədir? Təhlükəsizdir, ya yox? Şəxsi məlumatları ələ keçirən bir şəbəkədirmi?

"Meitu", əslində yeni bir proqram deyil. Çində bir müddətdir olduqca məşhur olan bu proqram ABŞ bazarına çıxınca fenomenə çevrilib. Çünki proqramdakı hazır effektlər istifadəçinin simasına görə tətbiq olunur və ortaya fotolarda görəcəyiniz nəticələr çıxır.

Tətbiqin ən diqqət çəkən tərəfi isə istifadəçilərin kadrlarına anime / manga tərzi bir görüntü "təklifidir".

Necə?

Son günlərin məşhur selfi proqramı "Meitu", araşdırmaçı mütəxəssislərin fikrincə, bir "sirr kabusudur". Proqramın istifadə edildiyi telefonun məlumatlarını yığaraq, hətta bəzi şəxsi məlumatları digər istifadəçilərin telefonuna köçürdüyü də məlum olub. /Milli.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar