Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
12.01.2022 75 0.0 0


Yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Qazeta.info Respublika Prokurorluğunun məlumatına əsasən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar